Exchange kalkulyatoru
30.01.2017

ASB bankomatlarında yenilik

Müştərilərini daim diqqət mərkəzində saxlayan Azərbaycan Sənaye Bankı  ASC, 26 yanvar 2017-ci il tarixindən etibarən bankomatlarında nağd çəkim limitini 1000 AZN-ə qaldırmışdır.

Artıq müştərilər bankomatlardan bir dəfəyə 1000 AZN vəsait çəkərək vaxtlarına qənaət etmiş olacaqlar. Bankın bankomat şəbəkəsinə Bankomatlar ünvanından baxıla bilər.

Azərbaycan Sənaye Bankı müştərilərinə müasir bank xidmətləri göstərməyə, müştərilərin həyatını asanlaşdıran xidmətləri çeşitləndirməyə və artırmağa davam edəcəkdir.

()
Saat
: Dəqiqə
Tarix